15 Av 5786 29 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Parisdəki sinaqoqdan 12 ədəd Tövrat tumarı oğurlanıb

Parisdəki sinaqoqdan 12 ədəd Tövrat tumarı oğurlanıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Fransanın paytaxtı Paris yaxınlığında yerləşən Levallua-Perre kommunasındakı Baş sinaqoqdan Tövrat tumarları oğurlanıb. Yerli hakimiyyət orqanlarının qiymətləndirməsinə görə, oğurlanmış dini relikviyaların dəyəri 80–100 min avro (90–113 min ABŞ dolları) arasındadır.

“Le Monde” nəşrinin şəhərin meri Anyes Potye-Dümanın açıqlamasına istinadən yaydığı məlumata görə, iki naməlum şəxs kəndirdən istifadə edərək pəncərə vasitəsilə sinaqoqa daxil olub. Təhlükəsizlik kameralarına düşən şübhəlilər başqa heç bir əmlaka toxunmadan yalnız 12–15 ədəd Tövrat tumarını götürərək hadisə yerindən uzaqlaşıblar.

Yerli yəhudi assosiasiyasının prezidenti Filipp Koen hadisəni “Fransadakı və bütün dünyadakı yəhudi icması üçün mənəvi travma” kimi qiymətləndirib. Sinaqoqun ravvini Şalom Lelluş isə baş verənləri “Tövrata qarşı yönəlmiş antisemitizm aktı” adlandırıb.

Hüquq-mühafizə orqanları cinayətin antisemitizm zəminində törədilib-törədilmədiyini araşdırır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Parisdəki sinaqoqdan 12 ədəd Tövrat tumarı oğurlanıbjnews.az səsləndirməsi