ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” platformasında etdiyi paylaşımla İranın nüvə silahı əldə etməsinin mümkün olmadığını vurğulayıb. O, həmçinin ABŞ-ın indiyə qədərki ən güclü dövrünü yaşadığını bildirib.
Donald Tramp öz açıqlamasında ölkəsinin gücü və təhlükəsizliyi ilə bağlı aşağıdakıları qeyd edib: “Neft axır, İran heç vaxt nüvə silahına sahib ola bilməz-dünya təhlükəsiz olacaq! Birjalar sürətlə böyüyür, məşğulluq rekord səviyyədədir və qiymətlər düşür – əlçatanlıq! Ölkəmiz hər zamankından daha güclü, təhlükəsiz və hörmətlidir”.