26 Elul 5786 8 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Rusiya ordusu Xerson vilayətinə kütləvi zərbələr endirib

Rusiya ordusu Xerson vilayətinə kütləvi zərbələr endirib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

Rusiya Silahlı Qüvvələrinin son sutka ərzində Ukraynanın Xerson vilayətinə endirdiyi intensiv hava, pilotsuz uçuş aparatı (PUA) və artilleriya zərbələri nəticəsində 1 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.

Bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

Враг обстрелял Херсонскую область, 20 человек пострадали, один погиб

Onun sözlərinə görə, son 24 saat ərzində Xerson şəhəri ilə yanaşı Zelenevka, Stanislav, Şiroka Balka, Berislav, Belozerka, Darivka, Antonivka, Sadove, Kizomis, Veletenske, Komışanı və onlarla digər yaşayış məntəqəsi Rusiya ordusunun aviasiya, PUA və artilleriya hücumlarına məruz qalıb.

Hücumlar nəticəsində vilayətin kritik və sosial infrastrukturu, eləcə də yaşayış məhəllələri ciddi zərər görüb. Nəticədə 3 çoxmərtəbəli yaşayış binası və 28 fərdi ev zədələnib.

Bundan başqa, yanacaqdoldurma məntəqəsi, mobil rabitə qüllələri, mağaza, təsərrüfat tikilisi, kənd təsərrüfatı texnikası, mikroavtobus, skuter və bir neçə minik avtomobilinə də ziyan dəyib.

Vilayət rəhbəri bildirib ki, təhlükəsizlik tədbirləri çərçivəsində Xerson vilayətinin azad edilmiş yaşayış məntəqələrindən daha 7 nəfər təxliyə edilərək təhlükəsiz ərazilərə köçürülüb.

Yerli hakimiyyət sakinləri hava həyəcanı siqnallarına əməl etməyə və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →