Yenilənib: Sentyabr 10, 2026 4:31 axşam
Nyu-York şəhərində qarşıdan gələn payız bayramları dövründə sinaqoqların ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Jnews.az xəbər verir ki, şəhər meri və Nyu-York Polis Departamentinin rəhbərliyi bu barədə qərar qəbul edib.
Bildirilib ki, bayramlar müddətində sinaqoqların yaxınlığında polis patrullarının sayı artırılacaq, yəhudi icmalarının və dindarların kütləvi toplaşdığı ərazilərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı genişləndiriləcək.
Şəhər rəhbərliyinin və polisin açıqlamalarına görə, tədbirlər qabaqlayıcı xarakter daşıyır. Hazırda Nyu-Yorkdakı yəhudi icmalarına qarşı konkret və təsdiqlənmiş təhlükə qeydə alınmayıb.
Hakimiyyət orqanları təhlükəsizlik tədbirlərinin qarşıdan gələn payız bayramları zamanı ictimai asayişin və sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədi daşıdığını bildiriblər.
Mənbə: timesofisrael.com
