Yenilənib: Sentyabr 10, 2026 12:15 axşam
İsrail Müdafiə Ordusu (SAXAL) və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağının müxtəlif ərazilərinə zərbələr endirib. Nəticədə HƏMAS-a məxsus üç silah anbarı məhv edilib.
Jnews.az xəbər verir ki, İsrail ordusunun məlumatına görə, həmin anbarlarda HƏMAS silahları, partlayıcı qurğuları, tank əleyhinə raketləri və digər döyüş vasitələrini saxlayıb.
“İsrail ordusu Qəzza zolağında HƏMAS terror təşkilatının hərbi potensialını zəiflətmək, onun bərpası və qüvvələrimizə zərər vurmaq məqsədilə silahların toplanması cəhdlərinin qarşısını almaq üçün qətiyyətlə fəaliyyətini davam etdirəcək”, – deyə SAXAL-ın açıqlamasında bildirilib.
