28 Elul 5786 10 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Nobel mükafatı medalı

Nobel mükafatı qaliblərinin elan olunacağı tarix açıqlanıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 10, 2026 10:39 səhər

2026-cı il Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər məlum olub. Laureatların adlarının açıqlanması prosesi oktyabrın 5-dən 12-dək davam edəcək.

Jnews.az xəbər verir ki, bütün elanlar Nobel Komitəsinin rəsmi rəqəmsal kanalları vasitəsilə canlı yayımlanacaq.

Qrafikə əsasən, oktyabrın 5-də fiziologiya və ya tibb sahəsi üzrə laureatın adı açıqlanacaq. Oktyabrın 6-da fizika, oktyabrın 7-də kimya, oktyabrın 8-də isə ədəbiyyat üzrə laureatlar elan ediləcək.

Nobel Sülh mükafatının laureatı oktyabrın 9-da açıqlanacaq. Nobel mükafatlarının elan mərhələsi İsveç Mərkəzi Bankının Alfred Nobelin xatirəsinə təsis etdiyi iqtisadiyyat elmləri üzrə mükafatın oktyabrın 12-də elan olunması ilə başa çatacaq.

Təntənəli mükafatlandırma mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək. Mərasim zamanı laureatlara Nobel medalları, diplomlar və mükafatın pul hissəsini təsdiq edən sənədlər təqdim olunacaq.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Nobel mükafatı qaliblərinin elan olunacağı tarix açıqlanıbjnews.az səsləndirməsi