27 Elul 5786 9 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Britaniyanın xarici işlər naziri Ed Milibend İsrail yaşayış məntəqələrinə qarşı tətbiq edilən sanksiyaların Böyük Britaniya ilə İsrail arasında kəşfiyyat və təhlükəsizlik əməkdaşlığına mənfi təsir göstərəcəyi ilə bağlı ehtimalları rədd edib.

Britaniya XİN başçısı: İsraillə kəşfiyyat əməkdaşlığı davam edəcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Britaniyanın xarici işlər naziri Ed Milibend İsrailə qarşı tətbiq edilən sanksiyaların Böyük Britaniya ilə İsrail arasında kəşfiyyat və təhlükəsizlik əməkdaşlığına mənfi təsir göstərəcəyi ilə bağlı ehtimalları rədd edib.

Jnews.az xəbər verir ki, Milibend “BBC Radio”-ya açıqlamasında Britaniya ilə İsrail arasında kəşfiyyat və təhlükəsizlik sahəsində mühüm əlaqələrin olduğunu və bu əməkdaşlığın davam edəcəyinə əmin olduğunu bildirib.

Nazir İsrailin Britaniyanın Yerusəlimdəki konsulluğunu bağlamaq qərarını da “təəssüf doğuran və zərərli” addım adlandırıb.

Milibend bildirib ki, Britaniya belə bir qərarın qəbul edilə biləcəyini gözləyirdi. Onun sözlərinə görə, İsrailin digər ölkələrin, o cümlədən Niderlandın sanksiyalar tətbiq etməsinə oxşar şəkildə reaksiya verdiyi daha əvvəl də müşahidə olunub.

“Mən bu cavab tədbirlərini təəssüf doğuran və zərərli hesab edirəm”, – deyə Milibend vurğulayıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Britaniya XİN başçısı: İsraillə kəşfiyyat əməkdaşlığı davam edəcəkjnews.az səsləndirməsi