Rusiya Kiyevdə “Biz – Ukrayna” telekanalının binasına zərbə endirib. Hücum zamanı jurnalistlər “Vahid Xəbərlər” (“Yedini Novini”) telemarafonunun canlı efirində olublar.
Jnews.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, zərbə PUA-sı telekanalın yerləşdiyi binaya düşüb. Nəticədə bina qismən dağılıb və yanğın baş verib.
Hadisə yerində müvafiq xidmətlər çalışır. Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları yanğını söndürüblər. İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Zərərçəkənlərin sayının artacağı istisna edilmir.
Zelenski Rusiyanın “Şahed” PUA-ları ilə media obyektlərinə zərbələr endirməsini pisləyib və bunun Avropa və beynəlxalq ictimaiyyət tərəfindən reaksiyaya səbəb olmalı olduğunu bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, Ukraynaya və ukraynalılara qarşı heç bir zərbə cəzasız qalmamalıdır və Rusiyanın dayandırılması yalnız beynəlxalq səylərin birgə həyata keçirilməsi ilə mümkündür.






