25 Elul 5786 7 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Neft emalı zavodunun sənaye obyekti

Zelenski təsdiqlədi: Ukrayna Rusiyanın neft obyektlərini vurub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisindəki bir sıra obyektlərə silsilə zərbələr endirib. Əsas hədəflər ölkənin bir neçə regionunda yerləşən neft emalı müəssisələri olub.

Jnews.az xəbər verir ki, daxil olan məlumatlara görə, Ryazan və Perm vilayətlərindəki neft emalı müəssisələri zərbələrə məruz qalıb. Bundan əlavə, Tatarıstan ərazisindəki neft emalı infrastrukturu obyektlərinin də vurulduğu bildirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 7-də bu hücumları təsdiqləyərək Ryazan vilayətində neft emalı zavodunun, Perm vilayəti və Tatarıstanda isə neft emalı obyektlərinin vurulduğunu bildirib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Zelenski təsdiqlədi: Ukrayna Rusiyanın neft obyektlərini vurubjnews.az səsləndirməsi