19 Elul 5786 1 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycanlı jurnalistlər İsraildəki memorial ərazidə

Azərbaycanlı jurnalistlər İsraildə “Nova” memorialını ziyarət ediblər

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 1, 2026 3:56 axşam

İsrailə təşkil olunan mediatur çərçivəsində azərbaycanlı jurnalistlər 7 oktyabr 2023-cü il hücumlarından zərər çəkən Nahal Oz kibbutzunu və Nova musiqi festivalının memorial ərazisini ziyarət ediblər.

Jnews.az xəbər verir ki, jurnalistlər Nahal Oz kibbutzunda 7 oktyabr hücumlarının yerli sakinlərin həyatına təsiri ilə tanış olublar.

Kibbutz sakini Oşrit Sabaq jurnalistlərə açıqlamasında doğma yaşayış məntəqəsini tərk etmək niyyətində olmadığını bildirib.

“Biz bir daha heç yerə köçməyəcəyik. Bura mənim evimdir”, – deyə Oşrit Sabaq qeyd edib.

Nova festivalından sağ çıxan şəxs yaşadıqlarını danışıb

Azərbaycanlı jurnalistlər daha sonra 7 oktyabr 2023-cü ildə hücuma məruz qalan Nova musiqi festivalının keçirildiyi ərazidə yaradılmış memorialı ziyarət ediblər.

Festivaldan sağ çıxan Mazal Tazazo həmin gün yaşadıqlarını və hücum zamanı necə xilas olduğunu jurnalistlərlə bölüşüb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Azərbaycanlı jurnalistlər İsraildə “Nova” memorialını ziyarət ediblərjnews.az səsləndirməsi