17 Elul 5786 30 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsraildə seçki öncəsi kritik danışıqlar: Kim kimlə birləşəcək?

İsraildə seçki öncəsi kritik danışıqlar: Kim kimlə birləşəcək?

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 30, 2026 1:02 axşam

İsraildə Knessetin 26-cı çağırışına keçiriləcək seçkilər ərəfəsində siyasi partiyalar arasında mümkün ittifaqlar və birgə seçki siyahılarının yaradılması ilə bağlı danışıqlar intensivləşib. Xüsusilə sağ və sağ-mərkəzçi siyasi qüvvələr arasında birləşmə müzakirələri diqqət mərkəzindədir.

Jnews.az xəbər verir ki, seçki siyahılarının təqdim edilməsi üçün son tarix 8 sentyabr 2026-cı il saat 22:00 müəyyənləşdirilib. Bu tarixdən sonra partiyaların seçki bloklarında və namizəd siyahılarında dəyişiklik etmək imkanları əhəmiyyətli dərəcədə məhdudlaşacaq.

Ben-Qvir birləşməyə hazır olmadığını bildirib

“Otma Yehudit” partiyasının lideri İtamar Ben-Qvir müstəqil şəkildə seçkilərə qatılmaq niyyətində olduğunu açıqlayıb.
Bu mövqenin fonunda Baş nazir Benyamin Netanyahu Ben-Qvir və Dini Sionizm Partiyasının lideri Betsalel Smotriçi mümkün birləşmə ilə bağlı danışıqlara başlamağa çağırıb. Smotriç də milli düşərgədə birlik çağırışı edib.
İsrail mediasının məlumatına görə, Netanyahunun bu təşəbbüsünün əsas səbəblərindən biri Dini Sionizm Partiyasının seçki baryerini keçə bilməməsi riskidir. Son sorğularda partiyanın nəticələri seçki baryeri ətrafında dəyişir.

Sağ düşərgədə başqa birləşmələr də müzakirə olunur

Sağ və mərkəz-sağ düşərgədə digər siyasi qüvvələrin də mümkün ittifaqları müzakirə etdiyi bildirilir.
Xüsusilə Qilad Erdanın rəhbərlik etdiyi yeni siyasi təşəbbüsün, Beni Qantsın rəhbərlik etdiyi “Kaxol-Lavan” və digər siyasi qüvvələrlə mümkün əməkdaşlığı gündəmdədir.
Eyni zamanda, keçmiş müdafiə naziri Ayelet Şakedin də müxtəlif sağ-mərkəzçi siyasi qüvvələr arasında danışıqlarda iştirak etdiyi barədə məlumatlar yayılıb.

Seçki baryeri partiyaları birləşməyə sövq edir

Partiyalar arasında danışıqların əsas səbəblərindən biri seçki baryerini keçmək problemidir. Avqustun 26-da yayımlanan sorğularda bir sıra yeni və kiçik siyasi partiyaların parlamentə düşmək üçün tələb olunan səviyyəyə çata bilmədiyi göstərilib. Bu siyahıya Ofer Vinterin rəhbərlik etdiyi “Amx İsrael”, Moşe Feyqlinin “Zehut” partiyası və digər siyasi təşəbbüslər də daxildir.
Bununla yanaşı, mümkün birləşmələrin seçki nəticələrinə ciddi təsir göstərə biləcəyi hesab edilir. Son sorğularda müxtəlif partiyaların bir siyahıda birləşməsi halında siyasi blokların parlamentdəki mümkün gücünün dəyişdiyi görünür.

Siyahıların təqdim edilməsi üçün son tarix yaxınlaşır

İsraildə Knessetin 26-cı çağırışına seçkilər üzrə namizəd siyahılarının təqdim edilməsi prosesi sentyabrın 8-də başa çatacaq.
Bu tarixə qədər partiyalar arasında mümkün ittifaqların taleyi dəqiqləşməlidir. Bundan sonra yeni birləşmələrin və seçki bloklarının yaradılması imkanları ciddi şəkildə məhdudlaşacaq.
PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsraildə seçki öncəsi kritik danışıqlar: Kim kimlə birləşəcək?jnews.az səsləndirməsi