15 Elul 5786 28 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Konqo Demokratik Respublikasında qoruyucu kostyumda tibb işçisi

Konqoda Eboladan ölənlərin sayı 2 mini keçib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Konqo Demokratik Respublikasında Ebola virusunun yaratdığı epidemiya davam edir. Xəstəlik artıq ölkənin altı əyalətinə yayılıb və onlarla səhiyyə zonasında qeydə alınıb.

Jnews.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqladığı məlumatlara əsasən, avqustun 12-nə ölkədə 4 665 təsdiqlənmiş Ebola halı qeydə alınıb. Onlardan 2 184 nəfər həyatını itirib, 965 pasiyent isə sağalıb.


Epidemiya ilkin olaraq İturi əyalətində qeydə alınsa da, sonradan Şimali Kivu, Cənubi Kivu, Haut-Uele, Tşopo və Bas-Uele əyalətlərinə yayılıb.

ÜST-nin məlumatına görə, xəstəlik ümumilikdə 54 səhiyyə zonasına çatıb. ECDC-nin daha sonrakı məlumatında isə təsirlənən səhiyyə zonalarının sayının 57-yə yüksəldiyi bildirilir.

Respublikasında indiyədək qeydə alınmış ən böyük Ebola epidemiyası hesab olunur. Təsdiqlənmiş yoluxma hallarının sayı əvvəlki rekord göstəricini – 2018–2020-ci illərdəki 3 317 hadisəni – artıq keçib.

Xəstəliyin yayılmasına ölkədəki humanitar böhran, əhalinin məcburi köçkünlüyü, yüksək hərəkətlilik və bəzi bölgələrdə təhlükəsizlik problemləri də təsir göstərir.

Epidemiyanın qarşısının alınması məqsədilə yeni tədbirlər də həyata keçirilir. Reuters-in məlumatına görə, avqustun 27-dən etibarən Konqoda Ebola xəstələri ilə birbaşa təmasda olan səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb.

ÜST və digər beynəlxalq tərəfdaşlar ölkədə xəstələrin aşkarlanması, təcrid olunması, müalicəsi, təmasların izlənməsi və infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində işləri davam etdirirlər.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Konqoda Eboladan ölənlərin sayı 2 mini keçibjnews.az səsləndirməsi