15 Elul 5786 28 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Avropa İttifaqı, Yunanıstan, Kipr və İsrailin bayraqları

Yunanıstan, Kipr və İsraili birləşdirəcək sualtı elektrik kabeli çəkiləcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yunanıstan, Kipr və İsrailin elektrik şəbəkələrini birləşdirəcək böyük enerji layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Jnews.az xəbər verir ki, “Great Sea Interconnector” adlanan layihə çərçivəsində Krit adası ilə Kipr, daha sonra isə Kiprlə İsrail arasında sualtı elektrik kabellərinin çəkilməsi nəzərdə tutulur.

Kabelin uzunluğu 1 200 kilometrdən çox olacaq

Layihənin ümumi sualtı hissəsinin uzunluğu təxminən 1 208 kilometr təşkil edəcək. Bunun 898 kilometri Krit-Kipr, təxminən 310 kilometri isə Kipr-İsrail marşrutunun payına düşür.

Sistem yüksək gərginlikli sabit cərəyan (HVDC) texnologiyası əsasında qurulacaq və ilkin mərhələdə 1 000 meqavatadək elektrik ötürmə gücünə malik olacaq.

Layihə enerji təhlükəsizliyini g kokücləndirəcək

Layihənin əsas məqsədlərindən biri Kiprin və İsrailin elektrik şəbəkələrini Avropa enerji sistemi ilə əlaqələndirmək, elektrik enerjisinin qarşılıqlı ötürülməsini təmin etmək və bərpa olunan enerji mənbələrinin istifadəsini artırmaqdır.

“Great Sea Interconnector” həmçinin Kiprin elektrik enerjisi baxımından təcrid olunmuş vəziyyətinə son qoymağa və ölkənin Avropa elektrik ötürücü sisteminə qoşulmasına imkan verməlidir. İsrail üçün isə layihənin enerji təchizatının təhlükəsizliyini artıracağı və bərpa olunan enerjinin payının genişləndirilməsinə şərait yaradacağı bildirilir.

Kipr-İsrail xətti üzrə yeni mərhələ başlayıb

2026-cı il avqustun 13-də Yunanıstanın Müstəqil Enerji Ötürmə Operatoru (IPTO) Kipr və İsrailin enerji tənzimləyici qurumlarına layihənin bu iki ölkəni birləşdirəcək hissəsi üzrə investisiyanın təsdiqlənməsi üçün müraciət edib.

Aparılan qiymətləndirmələrə əsasən, Kipr-İsrail elektrik bağlantısının müxtəlif ssenarilər üzrə iqtisadi baxımdan səmərəli olduğu müəyyən edilib.

Layihə tam həyata keçirildikdə Şərqi Aralıq dənizi regionunun elektrik sistemlərinin Avropa enerji şəbəkəsi ilə daha sıx əlaqələndirilməsi mümkün olacaq.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Yunanıstan, Kipr və İsraili birləşdirəcək sualtı elektrik kabeli çəkiləcəkjnews.az səsləndirməsi