12 Elul 5786 25 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Beynəlxalq ekspert Azərbaycanda üzgüçülüyünün inkişafına cəlb olunub

Beynəlxalq ekspert Azərbaycanda üzgüçülüyünün inkişafına cəlb olunub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İdman
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan üzgüçülüyünün institusional inkişafı istiqamətində beynəlxalq təcrübənin tətbiqi davam etdirilir.

Jnews.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN), Milli Olimpiya Komitəsinin (MOK), eləcə də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi proqramının dəstəyi ilə üzgüçülük təhsili və yerli mütəxəssislərin hazırlanması istiqamətində Boro Ştrumbelj əməkdaşlığa cəlb olunub.

2019–2024-cü illərdə Sloveniya Üzgüçülük Assosiasiyasının prezidenti olmuş Boro Ştrumbeljin rəhbərliyi və kurasiyası ilə Azərbaycanda məşqçi və hakimlərin sertifikatlaşdırılması və lisenziyalaşdırılması, Azərbaycan İdman Akademiyasında tədris prosesinin təkmilləşdirilməsi, həmçinin “Üzməyi Öyrənək” layihəsinin inkişafı istiqamətində işlər aparılacaq.

Qeyd edək ki, Lyublyana Universitetinin İdman fakültəsinin dosenti olan Boro Ştrumbelj idman elmi, idman diaqnostikası, suda təhlükəsizlik və məşqçi hazırlığı sahələrində geniş təcrübəyə malikdir.

O, Avropa Su İdmanı Federasiyasının “Üzməyi Öyrənək” Komissiyasının sədri və həmsədri kimi fəaliyyət göstərib. Hazırda isə həmin qurumun Sosial Məsuliyyət Komissiyasına rəhbərlik edir.

Beynəlxalq ekspert təcrübəsinin Azərbaycan üzgüçülüyünə cəlb olunması yerli mütəxəssislərin hazırlıq sisteminin təkmilləşdirilməsi və bu idman növünün gələcək inkişafı baxımından mühüm addımlardan biri hesab olunur.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Beynəlxalq ekspert Azərbaycanda üzgüçülüyünün inkişafına cəlb olunubjnews.az səsləndirməsi