Avqustun 25-də Laçın şəhərində Azərbaycan və Ermənistanın enerji sahəsi üzrə nümayəndələri arasında işgüzar görüş keçirilib.
Jnews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin, eləcə də “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələri iştirak ediblər.
Tərəflər Azərbaycan və Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını müzakirə ediblər. Görüşdə, həmçinin bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində bir-biri ilə əlaqələndirilməsinin mümkün variantları nəzərdən keçirilib.
