Yenilənib: Avqust 25, 2026 3:01 axşam
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişinlərin artan tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edir. Əlavə qatarlar sentyabrın 5, 6, 12 və 13-ü tarixlərində hərəkət edəcək.
Jnews.az xəbər verir ki, əlavə reyslərlə yanaşı, Bakı-Qazax-Bakı marşrutu üzrə gündəlik səfərlər ənənəvi qrafikə uyğun olaraq davam etdirilir.
Sərnişinlər biletləri Bakı və Gəncə dəmiryol vağzallarının kassalarından, eləcə də ADY-nin rəsmi internet saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərlər.
