Yenilənib: Avqust 25, 2026 12:17 axşam
Şimali Makedoniya ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafı ölkənin xarici siyasətinin əsas prioritetlərindən biridir.
Jnews.az xəbər verir ki, bu barədə Şimali Makedoniyanın xarici işlər naziri Timço Mutsunski İsrailə işgüzar səfəri zamanı bildirib.
Səfər çərçivəsində Mutsunski İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşüb. Tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyətini və əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Nazirin sözlərinə görə, səfərin məqsədi artıq yüksək səviyyədə olan ikitərəfli əlaqələri daha da inkişaf etdirmək və yeni səviyyəyə yüksəltməkdir.
Görüş zamanı tərəflər diplomatik əlaqələrin möhkəmləndirilməsi, siyasi dialoqun davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətlərini bir daha təsdiqləyiblər.
Mənbə: jpost.com
