Yenilənib: Avqust 24, 2026 3:02 axşam
Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra xarici siyasi, ictimai və dövlət xadimlərinin dövlət mükafatları ilə təltif edilməsi haqqında fərman imzalayıb. Təltif olunanlar arasında Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də yer alıb.
Jnews.az xəbər verir ki, Hacıyev Ukraynanın III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edilib.
Rəsmi sənəddə bildirilib ki, mükafat Azərbaycan ilə Ukrayna arasında dövlətlərarası əməkdaşlığın inkişafı və möhkəmləndirilməsinə, eləcə də Ukraynanın beynəlxalq nüfuzunun artırılmasına verilən şəxsi töhfəyə görə təqdim olunub.
Mənbə: Jnews.az
