Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının ölkəsinin Rusiya ilə münasibətlərində dəyişikliklərə səbəb olacağını bildirib.
Jnews.az xəbər verir ki, Paşinyan bu barədə hökumət proqramını təqdim edərkən Milli Assambleyada çıxışı zamanı danışıb.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, İrəvanın Moskva ilə münasibətlərinin transformasiyası Azərbaycanla sülhün bərqərar olması prosesi ilə birbaşa bağlıdır.
Paşinyanın sözlərinə görə, sülh sazişinin imzalanması Ermənistanın gələcək xarici siyasət kursuna əhəmiyyətli təsir göstərəcək.
Mənbə: minval.az
