11 Elul 5786 24 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycandan keçməklə Ermənistana daha 242 ton propan yola salındı

Azərbaycandan keçməklə Ermənistana daha 242 ton propan yola salındı

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Jnews.az xəbər verir ki, 7 vaqondan ibarət və ümumi çəkisi 242 ton olan propan avqustun 24-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1172 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Bundan əlavə, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, eləcə də 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Azərbaycandan keçməklə Ermənistana daha 242 ton propan yola salındıjnews.az səsləndirməsi