7 Elul 5786 20 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Ermənistanda yol

Ermənistanda yük maşını hərbçiləri vurub: Ölü və yaralılar var

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 20, 2026 12:46 axşam

Ermənistan Müdafiə Nazirliyi hərbçilərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Qeyd edilib ki, hadisə avqustun 19-da saat 21:00 radələrində Çəmbərək şəhərinə gedən yolda baş verib. “QAZ-53” markalı avtomobil bir qrup hərbi qulluqçunu vurub.

Hadisə nəticəsində hərbi qulluqçu Suren Vardanyan həlak olub. Digər hərbçilər isə xəsarət alaraq hospitala yerləşdirilib və hazırda həkim nəzarətindədir. Onların həyatına təhlükə olmadığı bildirilir.

Hadisənin səbəbləri və digər təfərrüatları müəyyənləşdirmək üçün araşdırma aparılır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Ermənistanda yük maşını hərbçiləri vurub: Ölü və yaralılar varjnews.az səsləndirməsi