Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş hesab edilən, lakin sonradan nəşlərinin qalıqları tapılaraq şəxsiyyəti dəqiqləşdirilən beş azərbaycanlı şəhidin dəfn mərasimi avqustun 21-də baş tutacaq. Bu barədə məlumatı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.
Dövlət Komissiyasının məlumatına əsasən, şəxsiyyəti müəyyənləşdirilən şəhidlərin siyahısı aşağıdakı kimidir:
- Məmmədov Çümşüd Həsənxan oğlu;
- İsmayılov Sərdar Cəfər oğlu;
- Məhərrəmov Vaqif Mənsim oğlu;
- Nərimanov Mürşüd Nadir oğlu;
- Qurbanov Akif Cəbrayıl oğlu.
Qeyd olunub ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş bu şəxslərin kimliyi aparılan müvafiq ekspertiza və identifikasiya işləri nəticəsində təsdiqlənib.

