Sosial şəbəkələrdə “By Ella” ləqəbi ilə tanınan bloqer Məmmədova Lalə İlham qızı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılma prosesi hava limanında baş tutub.
Lalə Məmmədovaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, gömrük nəzarətindən kənar və ya ondan gizli şəkildə narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı əməldə təqsirləndirilir.
Məsələ ilə bağlı Səbail Rayon Məhkəməsində məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarına əsasən, Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, xəbəri “Unikal.az” saytı yayıb.
