Yenilənib: Avqust 17, 2026 12:14 axşam
Salyan rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları 16 yaşlı qızın iştirakı ilə toy keçirilməsi cəhdinin qarşısını alıblar.
Toyun yerli şadlıq saraylarından birində keçirilməsi planlaşdırılıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi operativ tədbirlər nəticəsində planlaşdırılan kəbin və erkən nikah mərasimi təxirə salınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: Jnews.az
