Rusiya Prezidenti Vladimir Putin Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Admiralteystvada keçirilən rəsmi mərasimdən sonra kortejini dayandıraraq ərazidə toplaşan vətəndaşlarla gözlənilməz görüş keçirib.
Prezident avtomobildən düşərək onu qarşılamaq üçün toplaşan insanlarla salamlaşıb, onların əlini sıxıb və qısa söhbət edib. Vətəndaşlar isə Putini alqışlarla qarşılayaraq ona dəstəklərini ifadə ediblər.
Bu qeyri-rəsmi görüşün görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və istifadəçilər arasında geniş maraq doğurub.