13 Av 5786 27 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Bakıda dənizdə faciə: 13 yaşlı qız boğuldu, üç nəfər xilas edildi

Bakıda dənizdə faciə: 13 yaşlı qız boğuldu, üç nəfər xilas edildi

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 1 kilometr aralıda yerləşən dənizin nəzarətsiz hissəsində dörd nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-in yaydığı məlumata görə, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilərək axtarış-xilasetmə əməliyyatına başlayıblar.

Dalğıc-xilasedicilərin həyata keçirdiyi operativ xilasetmə tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Aysel Bəkir qızı Əliyeva, 2009-cu il təvəllüdlü Elmira Rauf qızı Rüstəmova və 2019-cu il təvəllüdlü Nuray Rauf qızı Rüstəmova sağ-salamat xilas ediliblər.

Axtarışlar zamanı isə 2013-cü il təvəllüdlü Aylin Rauf qızı Rüstəmovanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. Qurum xüsusilə nəzarət olunmayan, qeyri-çimərlik ərazilərdə çimməməyi və küləkli hava şəraitində dənizə girməməyi tövsiyə edib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Bakıda dənizdə faciə: 13 yaşlı qız boğuldu, üç nəfər xilas edildijnews.az səsləndirməsi