Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan tanınmış amerikalı iqtisadçı, professor Ceffri Saksla görüş keçirib.
Tərəflər arasında baş tutan söhbət zamanı Azərbaycanın regional geosiyasətdə oynadığı mühüm rol və cari proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Hikmət Hacıyev və Ceffri Saksla xatirə fotosu çəkdiriblər