20 Av 5786 3 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Azərbaycanın böyüyən şəhər mənzərəsi

Azərbaycanda əhali sayı 10,2 milyonu keçib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅

Azərbaycanda əhalinin sayı 2024-cü ilin əvvəlindən etibarən 7 987 nəfər və ya 0,1 faiz artaraq, 1 may 2024-cü il tarixinə 10 270 338 nəfərə çatıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin bu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrində yer alıb.

Dərc edilmiş məlumatlarda həmçinin bildirilir ki, ümumi əhali içərisində şəhər əhalisinin payı 54,3 faiz, kənd əhalisinin payı isə 45,7 faiz təşkil edir. Gender bölgüsü baxımından isə, ölkə əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →