Pakistan İran və Misirin “Müsəlman NATO-su” kimi tanınan birgə müdafiə ittifaqına mümkün qoşulmasına etiraz etmir. Bu barədə Pakistanın Rusiyadakı səfiri Tirmizi Feysəl Niyaz Livanın “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib.
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında üçtərəfli müdafiə sazişi avqustun 7-də imzalanıb. Sənədin əsas müddəası kollektiv təhlükəsizlik prinsipini nəzərdə tutur: alyans üzvlərindən hər hansı birinə hərbi hücum bütün iştirakçı dövlətlərə qarşı təcavüz kimi qiymətləndirilir.
Məkkə sazişinin imzalanması Tehranda kəskin reaksiyaya səbəb olub. İran hakimiyyəti alyansın yaradılmasını İrana qarşı yönəlmiş addım kimi qiymətləndirib. Ölkənin dövlət mediası isə pakta İranın və onun regional müttəfiqlərinin təhlükəsizliyi üçün “birbaşa təhlükə” kimi yanaşıb.
Öz növbəsində, alyansın təsisçi dövlətlərinin nümayəndələri blokun təcavüzkar məqsədlər daşıması barədə ittihamları rədd edirlər. Bir qədər əvvəl Türkiyənin xarici işlər naziri vurğulayıb ki, saziş sırf müdafiə xarakteri daşıyır, Tehrana qarşı yönəlməyib və Misirin alyansa qoşulması üçün açıqdır.
Blok iştirakçılarının genişlənmə imkanları barədə bəyanatlarına baxmayaraq, Misir müdafiə ittifaqına qoşulmaq dəvətini rədd edib. Bununla belə, saziş indiyədək praktiki olaraq heç vaxt işə salınmayıb. O cümlədən Yəmən husilərinin Səudiyyə Ərəbistanı ərazisinə endirdiyi zərbələrin qarşısının alınması üçün də ittifaqdan istifadə edilməyib.
Mənbə: newsru.co.il
