29 Av 5786 12 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Hava limanında pasport nəzarəti və miqrasiya məntəqəsi

Almaniyadan Azərbaycana 37 vətəndaş geri qaytarılıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir
Некогда читать?Статью можно послушать — озвучка JNews.az

Avqustun 11-də Almaniya Federativ Respublikasından 37 Azərbaycan vətəndaşı geri qaytarılıb. Bu barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Qayıdış prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində təşkil olunub.

Qurumdan bildirilib ki, müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət olan və Dövlət Miqrasiya Xidmətinin əlaqələndirdiyi Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunmuş vətəndaşların qarşılaşdıqları problemlərin operativ həlli üçün zəruri tədbirlər həyata keçirir.

İşçi qrupunun tədbirləri qaytarılan vətəndaşların cəmiyyətə səmərəli və davamlı sosial-iqtisadi reinteqrasiyasının təmin edilməsinə yönəldilib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Almaniyadan Azərbaycana 37 vətəndaş geri qaytarılıbjnews.az səsləndirməsi