Обновлено: 9 августа, 2026 11:31 пп
Kanadanın qərbində genişmiqyaslı meşə yanğınları səbəbindən minlərlə sakin təhlükəli ərazilərdən təxliyə edilir.
Məlumata görə, ümumilikdə 22 min nəfər yanğın təhlükəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Britaniya Kolumbiyası əyalətində hakimiyyət orqanları fövqəladə vəziyyət rejimi elan ediblər. Hazırda yanğınlar 10 min hektardan çox ərazini əhatə edib.
Regionda 105 aktiv meşə yanğını qeydə alınıb. Alovun sürətlə yayılması və ərazinin mürəkkəb relyefi yanğınsöndürmə və xilasetmə işlərini çətinləşdirir.
Təhlükəli ərazilərdə yaşayan insanların təxliyəsi üçün helikopterlərdən də istifadə olunur. Xilasetmə xidmətləri yanğının yayılmasının qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirləri davam etdirir.
Mənbə: jnews.az
