1 Av 5786 15 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Mədəniyyət Təhlil Podkastlar Təhsil
Knesset Tövratın öyrənilməsi haqqında əsas qanunu qəbul edib

Knesset Tövratın öyrənilməsi haqqında əsas qanunu qəbul edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yerusəlim, 14 iyul – İsrail parlamenti (Knesset) Tövratın öyrənilməsi haqqında əsas qanunu ikinci və üçüncü oxunuşlarda qəbul edib. Sənədin lehinə 63, əleyhinə isə 52 deputat səs verib. İsrailin Baş naziri Binyamin Netanyahu səsvermədə iştirak etməyib.

Səsvermə zamanı hakim “Likud” partiyasından ayrıldıqlarını açıqlayan deputatlar Yuli Edelşteyn və Dan İluz qanun layihəsinin əleyhinə səs veriblər.

Qanun layihəsinin Knessetdə müzakirəsi təxminən 8 saat davam edib. Debatlar əsasən müxalifət deputatlarının hökuməti sərt tənqid etməsi ilə yadda qalıb. Müxalifət nümayəndələri sənədin İsrail Müdafiə Qüvvələrinin (SAXAL) fəaliyyətinə mənfi təsir göstərə və hərbi xidmət sahəsində balansı poza biləcəyini bildiriblər.

Müxalifət partiyalarının liderləri də deputatları qanun layihəsini dəstəkləməməyə çağırıblar. Onların fikrincə, sənəd dini məktəblərin (yeşivaların) tələbələri üçün hərbi xidmət məsələsində hüquqi üstünlüklər yaradaraq cəmiyyətdə ədalətsizlik hissini gücləndirə bilər.

Son redaktə mərhələsində qanun layihəsinə bir sıra dəyişikliklər edilib. Belə ki, yeşiva tələbələrinə verilən hüquqi təminatlar hərbi ehtiyatda xidmət edən əsgərlərin hüquqları ilə eyniləşdirilməyib. Bununla belə, hüquqi statusuna görə əsas qanun hesab olunan bu sənədin gələcəkdə dini tələbələrin hərbi xidmətdən azad olunmasını hüquqi baxımdan əsaslandıra biləcəyi ehtimal edilir.

Qanunda Tövratın öyrənilməsi İsrail dövləti üçün fundamental milli və mənəvi dəyər kimi təsbit olunub. Bir sıra hüquqşünasların fikrincə, bu müddəa gələcək məhkəmə qərarlarında dini tələbələrin hərbi xidmətdən azad edilməsinə dair hüquqi arqument kimi istifadə oluna bilər.

Eyni zamanda, hökumət koalisiyası daxilində hərbi xidmətlə bağlı digər qanun layihələri ətrafında fikir ayrılıqları davam edir. “Dini Sionizm” partiyası yeşiva tələbələrinin hərbi xidmətdən yayınmasına görə saxlanılmasının dayandırılması ilə bağlı qanun layihəsini dəstəkləyib-dəstəkləməyəcəyinə hələ yekun qərar verməyib.

Partiya nümayəndələri bildiriblər ki, İsrail ordusunun maraqlarına zidd ola biləcək heç bir təşəbbüsü dəstəkləmək niyyətində deyillər.

Digər tərəfdən, maliyyə naziri Bezalel Smotriçin rəhbərlik etdiyi siyasi düşərgə hüquq islahatları, eləcə də İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin inkişafını nəzərdə tutan qanun layihələrinin də gündəmdən çıxarılmamasını və yaxın vaxtlarda qəbul edilməsini tələb ediblər

jnews.az redaksiyasının orijinal materialı.
PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Knesset Tövratın öyrənilməsi haqqında əsas qanunu qəbul edibjnews.az səsləndirməsi