Qəzza zolağının sakinləri “The Jerusalem Post” nəşrinə bildiriblər ki, HƏMAS yerli əhaliyə ciddi təzyiq göstərərək onları İsrailin dəstəklədiyi silahlı qruplaşmaların üzvlərinə hücum etməyə məcbur edir.
Şahidlərin sözlərinə görə, HƏMAS silahlıları hədə-qorxu və təhdidlərdən istifadə edərək dinc sakinləri hərəkatın rəqibi hesab edilən silahlı qruplaşmaların üzvlərini öldürməyə sövq edirlər.
Məlumata görə, rəqib silahlı birləşmələrin nümayəndələrinin zərərsizləşdirilməsi ilə bağlı çağırışlar Qəzza zolağında atəşkəsin ikinci mərhələsinə keçidi nəzərdə tutan “yol xəritəsi”nin elan edilməsindən sonra səsləndirilib.
Mənbə: jpost.com