12 Elul 5786 25 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Kreml: NATO-nun Rusiyanı "uzunmüddətli təhdid" kimi görməsi aqressiv yanaşmadır

Kreml: NATO-nun Rusiyanı “uzunmüddətli təhdid” kimi görməsi aqressiv yanaşmadır

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun Rusiyanı Avro-Atlantik təhlükəsizliyi üçün “uzunmüddətli təhdid” kimi qiymətləndirməsini Moskvaya qarşı aqressiv addım adlandırıb.

Peskovun sözlərinə görə, Alyansın bu mövqeyi Rusiyanı milli maraqlarını daha qətiyyətlə müdafiə etməyə, təhlükəsizlik imkanlarını gücləndirməyə, həmçinin ölkənin texnoloji və iqtisadi inkişafını sürətləndirməyə sövq edir.

“NATO-nun bu cür yanaşması bizi daha güclü olmağa, dövlətimizin maraqlarını etibarlı şəkildə qorumağa məcbur edir” 

O, həmçinin qeyd edib ki, NATO yarandığı gündən etibarən əvvəlcə Sovet İttifaqına, daha sonra isə Rusiyaya qarşı qarşıdurma aləti kimi fəaliyyət göstərib və Alyansın siyasətində bu yanaşmanın dəyişmədiyini iddia edib.

Xatırladaq ki, NATO liderləri sammitin yekun bəyannaməsində Rusiyanı Avro-Atlantik təhlükəsizliyi üçün “uzunmüddətli təhdid” kimi xarakterizə ediblər. Sənəddə Rusiyanın hərbi fəaliyyəti və təhlükəsizlik siyasətinin Alyans üçün əsas çağırışlardan biri olduğu vurğulanıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →