İsrail polisinin məlumatına görə, iyulun 8-i səhər saatlarında Mışor-Adumim sənaye zonasının girişində yerləşən yoxlama məntəqəsində 45 yaşlı qadın bıçaq keçirməyə cəhd edərkən saxlanılıb.
Bildirilib ki, qadın İerixon yaxınlığındakı Eyn əs-Sultan kəndinin sakinidir. Təxminən saat 06:00 radələrində aparılan təhlükəsizlik yoxlaması zamanı onun üzərində bıçaq olduğu müəyyən edilib.
Təhlükəsizlik kameralarının görüntülərinin araşdırılması zamanı qadının bıçağı kolluq əraziyə atdığı qeydə alınıb.
Hadisə yerinə YASAM xüsusi polis dəstəsi, polis əməkdaşları və sərhədçilər cəlb olunub. Əməliyyat nəticəsində şübhəli qadın saxlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs Mışor-Adumim sənaye zonasında fəaliyyət göstərən müəssisələrdən birində çalışır.
Faktla bağlı araşdırma davam etdirilir.