13 Elul 5786 26 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Trampdan gözlənilməz açıqlama: "İranla atəşkəsi artıq bitib"

Trampdan gözlənilməz açıqlama: “İranla atəşkəs artıq bitib”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında mövcud olmuş atəşkəs rejiminin artıq qüvvədə olmadığını açıqlayıb.

Xarici KİV-in məlumatına görə, Tramp Ankarada jurnalistlərə verdiyi açıqlamada tərəflər arasında əldə olunmuş müvəqqəti razılaşmanın başa çatdığını bildirib. O, Vaşinqtonun Tehranla bağlı mövqeyinin dəyişdiyini və mövcud vəziyyətin yeni mərhələyə keçdiyini vurğulayıb.

ABŞ liderinin sözlərinə görə, hazırda İranla qüvvədə olan hər hansı atəşkəs razılaşması yoxdur.

Qeyd edək ki, Trampın bu bəyanatı son günlər ABŞ və İran arasında hərbi gərginliyin yenidən artdığı, qarşılıqlı zərbələrin davam etdiyi bir vaxtda səsləndirilib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →