21 Tammuz 5786 6 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Xəbərlər
MƏFXİ MƏKTUB YAYILDI: Xameneinin dəfnində 3 min insan ölə bilər

MƏFXİ MƏKTUB YAYILDI: Xameneinin dəfnində 3 min insan ölə bilər

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Almaniyanın “Die Welt” nəşrinin yaydığı məlumata görə, İran Qırmızı Aypara Cəmiyyətinin ölkənin birinci vitse-prezidentinə ünvanladığı və jurnalistlərin əlinə keçdiyi iddia edilən məxfi məktubda Ali Rəhbər Əli Xameneinin dəfn mərasimləri zamanı 1500–3000 nəfərin həlak ola biləcəyi proqnozlaşdırılır.

Nəşrin məlumatına əsasən, mümkün kütləvi insan itkisi riskini nəzərə alan İran hakimiyyəti xüsusi operativ qrup yaradıb. Həmçinin, Tehranın ətrafında yerləşən ölkənin ən böyük qəbiristanlığı olan Beheşt-e Zəhrada minlərlə yeni məzar yeri hazırlanıb.

Tehran şəhər administrasiyasının əməkdaşlarından birinin sözlərinə görə, qəbiristanlıqda hazırlanan əlavə məzar yerləri həqiqətən mövcuddur. Mənbə bildirib ki, məsul şəxslərə 3 minədək ölüm halının mümkün olduğu barədə məlumat verilib.

“Bu qədər insanın bir araya toplaşdığı və havanın son dərəcə isti keçdiyi şəraitdə nələrin baş verəcəyini heç kim dəqiq bilmir.”

Məqalədə xatırladılır ki, 2020-ci ildə SEPAH-ın “Qüds” Qüvvələrinin komandanı Qasım Süleymaninin dəfn mərasimində yaranan izdiham nəticəsində rəsmi məlumatlara görə 56 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdı. İran İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin dəfn mərasimi də insan tələfatı və yaralanmalarla müşayiət olunmuşdu.

“Die Welt” yazır ki, İran hakimiyyəti bu dəfə daha genişmiqyaslı humanitar fəlakət ehtimalını nəzərə alaraq qabaqlayıcı tədbirlər görür.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
MƏFXİ MƏKTUB YAYILDI: Xameneinin dəfnində 3 min insan ölə bilərjnews.az səsləndirməsi