4 Elul 5786 17 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Tehranda Əli Xamenei ilə vida mərasimi başlayıb

Tehranda Əli Xamenei ilə vida mərasimi başlayıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

İranın paytaxtı Tehranda ölkənin keçmiş ali lideri Əli Xamenei ilə vida mərasimi başlayıb.

İran dövlət mediasının yaydığı məlumata görə, vida mərasimi Tehranda minlərlə insanın iştirakı ilə keçirilir.

Rəsmi proqrama əsasən, iyulun 3-də Tehranda dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən gələn yüksək səviyyəli qonaqların, eləcə də dini liderlərin iştirakı ilə rəsmi anım mərasimi keçiriləcək. Vida mərasimləri iyulun 4-ü və 5-də Tehranda davam edəcək, iyulun 6-da isə paytaxtda əsas dəfn yürüşü təşkil olunacaq.

Daha sonra mərasimlər Qum şəhərində, eləcə də İraqın Bağdad, Nəcəf və Kərbəla şəhərlərində davam etdiriləcək. Əli Xameneinin iyulun 9-da Məşhəd şəhərindəki İmam Rza ziyarətgahı ərazisində dəfn olunacağı açıqlanıb.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, vida və dəfn mərasimlərində 100-dən çox ölkədən dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →