İsrailin müdafiə naziri İsrael Kats Qalileyada “məskunlaşma fəaliyyətində inqilab” edəcəyini bəyan edib. O, bu açıqlamanı avqustun 2-də Qalileyanın Yəhudiləşdirilməsi Uğrunda Forumun konfransında çıxışı zamanı verib.
Yeni təşəbbüsün əsas məqsədi ölkənin şimal bölgələrinin təhlükəsizliyini gücləndirmək, həmçinin bu ərazilərdə yəhudi əhalisinin məskunlaşmasını genişləndirməkdir.
Konfrans çərçivəsində iştirakçılar Qalileyada yəhudi məskunlaşmasının təşviqinə yönəlmiş 10 illik planın hazırlanmasına başlayıblar.
Mənbə: jpost.com
