10 Tammuz 5786 25 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:05, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət İqtisadiyyat Hadisələr Texnologiya İdman Mədəniyyət Xəbərlər
ABŞ Konqresində azərbaycanlıların Ermənistandan deportasiyası müzakirə olunub

ABŞ Konqresində azərbaycanlıların Ermənistandan deportasiyası müzakirə olunub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda, Kapitol binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans baş tutub. Tədbir “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusuna həsr olunub.

Görüşdə iştirak edən ekspertlər, insan hüquqları müdafiəçiləri və Qərbi Azərbaycan icmasının nümayəndələri Ermənistandan deportasiya edilmiş azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmaq hüququnun vacibliyini önə çəkiblər.

Konfrans iştirakçıları, həmçinin Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni və dini irsin məhv edilməsi faktlarının beynəlxalq səviyyədə araşdırılmasına çağırış ediblər.

Tədbirin sonunda iştirakçılar ABŞ Konqresinə müraciət qəbul ediblər. Sənəddə Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstəyin verilməsi, onların mülkiyyət hüquqlarının bərpası və mədəni irsin qorunmasının təmin edilməsi tələb olunur.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
ABŞ Konqresində azərbaycanlıların Ermənistandan deportasiyası müzakirə olunubjnews.az səsləndirməsi