10 Tammuz 5786 25 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:05, şənbə
TƏCİLİ
Hamısı Siyasət Cəmiyyət İqtisadiyyat Dünya Hadisələr Dünya Texnologiya İdman Mədəniyyət Xəbərlər
Mərkəzi Bankdan yeni qərar: faiz dəhlizi dəyişmədi

Mərkəzi Bankdan yeni qərar: faiz dəhlizi dəyişmədi

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizinin bütün parametrlərini sabit saxlamaq barədə qərar verib. Bu addım ölkədə inflyasiyanın hədəf diapazonunda qalması, həmçinin qlobal iqtisadi meyillər, geosiyasi vəziyyət və daxili makroiqtisadi şərait nəzərə alınaraq atılıb.

AMB-nin açıqlamasına görə, 2026-cı ilin may ayında illik inflyasiya 5,6% təşkil edib ki, bu da proqnozlara uyğundur. Eyni zamanda, valyuta bazarında təklifin tələbi üstələdiyi müşahidə olunub.

Cari ilin yanvar-may aylarında ölkənin xarici ticarətində 7,2 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Həmin dövrdə Mərkəzi Bankın valyuta ehtiyatları da 10,4% artaraq 12,7 milyard ABŞ dollarına çatıb.

Bankın proqnozlarına əsasən, inflyasiyanın 2026-cı ilin sonuna qədər hədəf diapazonunda qalacağı gözlənilir. Faiz dəhlizinə dair növbəti qərar və mətbuat konfransının tarixi dəyişdirilib. Tədbir əvvəlcədən planlaşdırılan 5 avqust tarixi əvəzinə, 31 iyul 2026-cı ildə keçiriləcək.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Mərkəzi Bankdan yeni qərar: faiz dəhlizi dəyişmədijnews.az səsləndirməsi