Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, paytaxtın Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində aidiyyəti qurum tərəfindən aparılacaq təmir-bərpa işləri nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət yaradacaq.
Bu məhdudiyyət səbəbindən ictimai nəqliyyatın fəaliyyətində fasiləsizliyi təmin etmək üçün iyulun 30-dan etibarən
iki avtobus marşrutunun hərəkət istiqamətində müvəqqəti dəyişikliklərin edilməsi qərara alınıb.
Təmir-bərpa işləri tam yekunlaşanadək aşağıdakı dəyişikliklər qüvvədə olacaq:
• 202 nömrəli marşrut: Son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində yerləşən 94 nömrəli transformator yarımstansiyasının yaxınlığına təşkil ediləcək.92 nömrəli marşrut: Avtobuslar Asəf Zeynallı, Yurd Yeri, Maralan və Yaşar Sadıqov küçələri marşrutu üzrə hərəkət edəcək.