14 Av 5786 28 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Kiyevdə məhkəmə zalı

Kiyevdə silah sərgisinin təşkilatçısı məhkəmə qarşısına çıxarılıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İyulun 27-də Kiyev məhkəməsi silah sərgisinin təşkilatçısı, “Armada” assosiasiyasının rəhbəri Vasili Qonçaruk barəsində həbs qətimkan tədbiri seçib. 

İyulun 24-də həmin sərgiyə Rusiyanın raket zərbəsi nəticəsində 11 nəfər həlak olmuşdu.

“Azadlıq Radiosu”nun məlumatına görə, Qonçaruk girov müqabilində azadlığa buraxılma hüququ olmadan 60 gün müddətinə həbsdə saxlanılacaq.

Məhkəmə iclası zamanı təşkilatçı məsuliyyətini tam dərk etdiyini bildirib və istintaqla əməkdaşlıq etdiyini vurğulayıb.

“Armada” rəhbəri insanların ölümünə səbəb olan xidməti səhlənkarlıqda (Ukrayna Cinayət Məcəlləsinin 367-ci maddəsinin 3-cü hissəsi) ittiham olunur. Günahı sübuta yetiriləcəyi halda onu 8 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, iyulun 24-də səhər saatlarında Rusiya qoşunları Kiyev vilayətinin Buça rayonuna üç “İsgəndər-M” / “S-400” ballistik raketi ilə hücum edib. Raket zərbəsi nəticəsində yaralananlardan daha birinin xəstəxanada vəfat etməsi ilə ölənlərin ümumi sayı 11-ə çatıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Kiyevdə silah sərgisinin təşkilatçısı məhkəmə qarşısına çıxarılıbjnews.az səsləndirməsi