İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Ukrayna Prezidenti Volodimir Zelenskinin hərəkətlərini Birinci Dünya müharibəsi ərəfəsində anarxistlərin təhlükəli fəaliyyətləri ilə müqayisə edib.
Bəqainin sözlərinə görə, Zelenskinin addımları sonradan bütün Avropaya təsir göstərən hadisələri xatırladır. O vurğulayıb ki, Tehran əvvəldən Rusiya-Ukrayna münaqişəsində və digər ölkələrin daxili işlərinə qarışmamaq siyasətini rəhbər tutur.
İran rəsmisi dənizdə baş vermiş son insidenti də kəskin şəkildə pisləyərək, onu İranın milli maraqlarına qarşı birbaşa təhdid kimi qiymətləndirib.
Bəqai Ukrayna hakimiyyətini ölkənin siyasi kursunu sabitləşdirmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb. Onun sözlərinə görə, Ukrayna rəhbərliyi Prezident Volodimir Zelenskinin fəaliyyətinə nəzarət etməlidir.
İran XİN sözçüsü Bolqarıstana da xəbərdarlıq edərək, ölkə ərazisində ABŞ-ın havada yanacaq dolduran hərbi təyyarələrinin yerləşdirilməsinin təhlükəli addım olduğunu bildirib. O qeyd edib ki, bu qərarı qəbul edən şəxslər məsuliyyət daşıyacaq və Bolqarıstanı mümkün qarşıdurmanın iştirakçılarından birinə çevirə bilər.