13 Av 5786 27 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
İstanbul və Qars şəhərlərində yeni baş konsullar

Azərbaycanın Qars və İstanbul şəhərlərindəki baş konsulları dəyişdi

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın Türkiyənin İstanbul və Qars şəhərlərindəki diplomatik nümayəndəliklərində kadr dəyişiklikləri edilib.

Sərəncamlara əsasən, Zamin Məmməd oğlu Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb və İstanbul şəhərindəki baş konsulu təyin edilib.

O, bu vəzifədə Nərminə Elsevər qızı Mustafayevanı əvəz edib. Öz növbəsində Nərminə Mustafayeva İstanbuldakı baş konsul və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Qoşqar Aslan oğlu Zeynalov Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin olunub.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Azərbaycanın Qars və İstanbul şəhərlərindəki baş konsulları dəyişdijnews.az səsləndirməsi