13 Av 5786 27 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Müharibə Xəzər dənizinə keçdi: Ukrayna İran gəmisini vurub

Müharibə Xəzər dənizinə keçdi: Ukrayna İran gəmisini vurub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Ukrayna Xəzər dənizində İran bayrağı altında üzən gəmiyə uzaqmənzilli PUA ilə zərbə endirdiyini açıqlayıb. Bu hadisə münaqişənin Qara dəniz regionundan kənara çıxaraq yeni coğrafiyaya yayılması baxımından diqqətçəkən inkişaf kimi qiymətləndirilir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, hədəfə alınan gəmi İrandan Rusiyaya hərbi təyinatlı yüklər, o cümlədən pilotsuz uçuş aparatları (PUA) və raketlər üçün ehtiyat hissələri daşıyırmış. Kiyev iddia edir ki, həmin komponentlər sonradan Ukraynaya qarşı döyüş əməliyyatlarında istifadə olunacaqdı.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, vurulan gəmi formal olaraq mülki ticarət gəmisi olub.

İran tərəfi isə insident nəticəsində bir dənizçinin həlak olduğunu, daha bir nəfərin isə yaralandığını açıqlayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi isə Tehranın Rusiyaya hərbi yardım göstərdiyi barədə ittihamları rədd edərək, bu iddiaların əsassız olduğunu bildirib.

Baş verən hadisə Ukrayna ilə İran arasında onsuz da gərgin olan münasibətlərin daha da kəskinləşdiyini göstərir. Son aylarda Ukrayna və Qərb ölkələri İranın Rusiyaya pilotsuz uçuş aparatları və digər hərbi texnologiyalar təqdim etdiyini iddia etsələr də, Tehran bu ittihamları davamlı olaraq rədd edir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Müharibə Xəzər dənizinə keçdi: Ukrayna İran gəmisini vurubjnews.az səsləndirməsi