Daily Mirror qəzetinin yazdığına görə, NASA-nın məxfiliyi qaldırılmış sənədlərinin növbəti paketində Ayda yadplanetlilərin mümkün bazası haqqında qeydlər aşkar edilib.
ABŞ hakimiyyəti tərəfindən iyunun 12-də, cümə günü Pentaqonun saytında dərc edilmiş 72 yeni fayl arasında NASA-nın gizli müşavirəsinin səs yazısı var. Bu müşavirə 1972-ci ildə “Apollon-16” missiyası başa çatdıqdan sonra baş tutmuşdu. Bu missiya zamanı amerikalı astronavtlar beşinci dəfə Yerin peykinin səthinə eniş edərək bir sıra elmi təcrübələr aparmışdılar.
Müşavirə zamanı NASA əməkdaşları lazer ölçmələri və Ayın cazibə qüvvəsi də daxil olmaqla müxtəlif elmi məsələləri müzakirə edirdilər. Söhbət Ayın arxa tərəfində Van de Qraaf kraterinin yaxınlığındakı “nəhəng bir çuxur”a toxundu. Müşavirə iştirakçılarından biri aşağıdakı qeydi etmişdir: “Bu, yadplanetlilərin bazası və ya buna bənzər bir şey ola bilər. Hər halda, növbəti slayd Ayın görünən tərəfidir”.
Nəşr qeyd edir ki, bu qeyd olduqca səthi şəkildə edilib, bundan sonra alimlər peykin arxa tərəfindəki “nəhəng çuxur” haqqında zarafatlara keçmişlər.