Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milix İlxananoviç Yevdayevin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Milix İlxananoviç Yevdayev Bakı Dağ Yəhudiləri dini icmasının sədri və Azərbaycanın tanınmış ictimai xadimidir. O, uzun illərdir ki, ölkəmizdə dinlərarası və millətlərarası tolerantlığın, multikultural dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində fəal xidmət göstərir. M. Yevdayev, cəmiyyətdə həmrəyliyin gücləndirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği sahəsindəki töhfələri ilə seçilir.