28 Elul 5786 10 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Ariel Universitetinin tələbələri Bakı səfəri çərçivəsində İsrail səfirliyində olublar

Ariel Universitetinin tələbələri Bakı səfəri çərçivəsində İsrail səfirliyində olublar

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Ariel Universitetinin 22 tələbəsi və onları müşayiət edən şəxslər İsrailin Azərbaycandakı səfirliyini ziyarət ediblər.

Jnews.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, tələbələr səfər çərçivəsində İsrailin Azərbaycandakı səfiri Ronen Krausz və səfir müavini Aviv Zell ilə görüşüblər.

Bakı səfərləri zamanı tələbələr şəhərin tarixi və mədəni məkanlarını ziyarət edərək Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri və tarixi irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Görüş zamanı tələbələr İsrail-Azərbaycan münasibətləri, diplomatiya, əməkdaşlıq və təhsil sahələri ilə bağlı müxtəlif suallar veriblər. Diplomatlar öz bilik və təcrübələrini, baxışlarını, eləcə də peşəkar fəaliyyət yolları ilə bağlı bəzi məqamları tələbələrlə bölüşüblər.

Səfirlik tələbələrə təhsillərində uğurlar, gələcək fəaliyyətlərində isə ən xoş arzularını çatdırıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Ariel Universitetinin tələbələri Bakı səfəri çərçivəsində İsrail səfirliyində olublarjnews.az səsləndirməsi