Yenilənib: Sentyabr 8, 2026 2:54 axşam
“Qarabağ” futbol klubu qapıçı Mateuş Koxalskinin transferi ilə bağlı Polşanın “Vyeçista” klubunun təklifini qəbul edib. Tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və oyunçunun keçidi ilə bağlı rəsmi razılıq əldə olunub.
Jnews.az xəbər verir ki, Mateuş Koxalski “Qarabağ”ın heyətinə 2024-cü ilin yayında qoşulmuşdu. O, komandanın heyətində keçirdiyi müddət ərzində ümumilikdə 76 rəsmi oyunda meydana çıxıb.
Polşalı qapıçı “Qarabağ”la birgə 2024/25 mövsümündə Azərbaycan çempionu titulunu qazanıb. O, həmçinin UEFA Çempionlar Liqasında komandanın 1/8 finala vəsiqə uğrunda pley-off mərhələsinə qədər irəliləməsində iştirak edib. Turnir ərzində Koxalski 40 seyv nümayiş etdirərək, bu göstərici ilə yarışın “Top-3”lüyündə qərarlaşıb.
